• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniyada qətl törədən azərbaycanlı axtarışa verilib

Almaniyada qətl törədən azərbaycanlı axtarışa verilib
02.07.2022 14:00
Almaniyada qətlə hadisəsi törədərək qaçan azərbaycanlı axtarışa verilib.

Hadisə iyunun 18-nə keçən gecə Kalletal şəhərində qeydə alınıb.

Belə ki, 36 yaşlı Azərbaycan vətəndaşı Elçin Ağayevin 39 yaşlı Andrej F.Rintelneri balta ilə qətlə yetirdiyi, daha sonra isə həmin şəxslə birlikdə yaşayan keçmiş sevgilisinə təcavüz etdiyi bildirilir.

Ölkənin Bielefeld şəhər polisi hadisəni törətməkdə şübhəli bilinən və istintaqdan yayınan E.Ağayevin axtarışlarına başlayıb və hazırda onun axtarışları davam etdirilir.

Hətta Bielefeld şəhər polisi cinayəti törətməkdə şübhəli bilinən Elçin Ağayevin tapılmasında kömək edənlər üçün 5 min avro dəyərində pul mükafatı da ayırıb.

İyunun 27-də Ağayevin axtarışda olduğu rayonda 75 yaşlı qadının meyiti tapılıb. Hazırda polis bu cinayətdə də şübhəlinin əlinin olub-olmamasını araşdırır.

Ağayevin yük avtomobili vasitəsilə qaçdığı ilə bağlı polisdə şübhələr yarandığından qonşu ölkələrin hüquq-mühafizə orqanlarına da məlumat verilib.

Avropa Polisinin məlumat bazasında isə Ağayev "olduqca təhlükəli və silahlı” kimi qeyd olunub.

Bielefeld şəhər polisi Elçin Ağayevi tanıyanlardan 0521/5454646 nömrəsi ilə əlaqə yaratmalarını xahiş edib.

Detmold Prokurorluğundan bildirilib ki, artıq Ağayevin axtarışlarına helikopterlər də cəlb edilib.

"Təəssüflər olsun ki, indiyə kimi aparılan axtarış əməliyyatları heç bir nəticə verməyib. Qətldə şübhəli bilinən Elçin Ağayevin hələ də Almaniyada gizləndiyini düşünürük. Bu səbəbdən şəxsin fotoları olan afişalar bütün ölkəboyu yanacaqdoldurma məntəqələrinə, supermarketlərə, dəmiryolu vağzallarına vurulub”, - Detmold Prokurorluğundan bildirilib.(report.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol