Məleykə Abbaszadə abituriyentlərin 700 bal toplaya bilməməsindən danışdı

Buraxılış və qəbul imtahanlarında maksimal 700 bal toplanması ümumi prosesi xarakterizə etmir. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
DİM sədri deyib ki, kütləvi prosesi xarakterizə edən orta abituriyentin nəticələri, yaxud misal olaraq, 500 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayıdır.
"Bu, daha vacib göstəricilərdir. Hər zaman qeyd etmişəm ki, maksimal 700, yaxud da 699 bal toplayan abituriyentlər arasında heç bir pedaqoq fərq görməyəcək. Çünki onlar onsuz da eyni səviyyəli abituriyentlərdir. Burada ola bilsin ki, hansısa bir suala cavab verməyib, yaxud texniki səhvə görə 700 bal toplaya bilməyib. Bu da formal göstəricidir. Əsas onu araşdırmaq lazımdır ki, ildən-ilə vəziyyət necə dəyişir? Təhsil sistemində hansı nəticələri görürük?”, - o deyib.
Abbaszadə buraxılış imtahanlarında daha çox müsbət tendensiyanın müşahidə olunduğunu söyləyib.
"Xüsusilə Azərbaycan dili və ingilis dili fənnində bu müsbət amil qeydə alınır. Hələ ki xoşagəlməz nəticələr riyaziyyat fənnindədir ki, bunu da açıq şəkildə deyirik. Ola bilsin ki, bu il 11-ci sinfi bitirən şagirdlər riyaziyyat fənnini ayrı dərsliklərdən keçiblər, yaxud dərslikləri 7-8-ci sinifdə dəyişib. Burada daha dərində olan problemləri görmək lazımdır. Ümumilikdə isə hansısa detalı götürüb ümumi göstərici kimi ictimaiyyətə təqdim etmək lazım deyil”, - o əlavə edib.
Dim sədri vurğulayıb ki, buraxılış imtahanında maksimal 300 balı toplayanların qəbul imtahanında iki cəhdlik seçimdə iştirak etmək şansı var.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























