Müğənni Xan Bəyli və DJ Fateh Azercell ilə canlı yayımda

ABŞ-da yaşayaraq fəaliyyət göstərən soydaşımız gənc bəstəkar və ifaçı Xan Bəyli Azercell-in Instagram səhifəsində pərəstişkarları ilə görüşüb.
"Musiqi dinləyək, söhbət edək” rubrikasında baş tutan yayımda Xan Bəyli tanınmış aparıcı DJ Fatehin suallarını cavablandıraraq öz sənət yolu barədə danışıb.
Yaradıcılığında Azərbaycan və dünya musiqisinin sintezini təqdim edən gənc ifaçı özünün zəngin repertuarına daxil olan bəstələrini də ifa edib. Canlı yayıma Xanın Azərbaycandakı pərəstişkarları ilə yanaşı, Amerikadan da izləyicilər qoşularaq öz şərhləri ilə ifaçıya dəstək olublar.
Bu ilin martında Novruz bayramı münasibətilə Azercell-in təşəbbüsü və təşkilatçılığı ilə Xan Bəylinin ABŞ-da konserti təşkil olunub. ABŞ-da milli musiqimizi təbliğ edən gənc musiqiçi və bəstəkar Xan Bəyli Azərbaycan muğamını caz və etnik musiqi ilə sintezdə təqdim edən əsərləri ilə tanınır. Məşhur sənətçilərlə birgə layihələrə imza atan gənc musiqiçi üslub sərhədlərini aşan melodiyaları ilə dünyanın hər yerindən dinləyicilərinin diqqətini cəlb etməyi bacarıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























