“Risaleyi Nur” Azərbaycanda 2012-ci ilin sonundan qadağan olunub

“Nurçu” dini cərəyanının əsas ədəbiyyatı olan “Risaleyi Nur”un Azərbaycanda nə vaxtdan qadağan olunduğu bəlli olub.APA-nın əldə etdiyi məlumata görə, “nurçu”ların əsas proqramı hesab olunan ədəbiyyat 2012-ci ilin sonundan etibarən Azərbaycanda qadağan edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeyd olunan vaxtdan etibarən qadağan olunmuş ədəbiyyatın hazırda Azərbaycana gətirilməsi də qadağandır. APA-nın Dövlət Komitəsinin mətbuat xidmətinə dəfələrlə sorğu ünvanlamasına baxmayaraq, məsələyə münasibət öyrənmək mümkün olmayıb.ANNET.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























