• $
  • €
  • ₽
  • ₺
  • £

Sahil Babayevin əmisi oğlu 4 ay müddətinə həbs edildi

Sahil Babayevin əmisi oğlu 4 ay müddətinə həbs edildi
04.07.2022 12:30
Dövlət Təhlükəsizik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev barəsində məhkəmə qərar verib.


"Qafqazinfo”nun məlumatına görə, Rəşad Babayevlə bağlı DTX-nın təqdimatına Səbail Rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.


R.Babayev külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Ona Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.


Rəşad Babayevin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmisi oğlu olduğu bildirilir. O, bundan əvvəl DGK-də Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini, Tovuz Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb.


Sözügedən əməliyyat zamanı DGK-nin Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov da saxlanılmışdı. Onun barəsində də eynilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. DTX tərəfindən Gömrük Komitəsində keçirilən daha öncəki əməliyyatda isə "Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov həbs edilmişdi.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol