Qonşu ölkələrdə Azərbaycan arxiv sənədlərin araşdırılmasına başlanılıb - NAZİR

Qonşu ölkələrdə Azərbaycan arxiv sənədlərin araşdırılmasına başlanılıb. Bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov "Tarixi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimiz: İrəvandan Zəngəzuradək" kitabının təqdimatında deyib.
Nazir açıqlayıb ki, Mədəniyyət Nazirliyi hazırda bu layihə üzərində çalışır. Anar Kərimovun sözlərinə görə, bu layihə çərçivəsində qonşu dövlətlərdə olan arxiv sənədlərinin araşdırılması baş tutacaq.
"Bu sənədlər əsasında tarixi torpaqlarımız olan İrəvan və Zəngəzurda Azərbaycana aid tarixi faktlar tarixi mədəniyyət abidələri haqqında tədqiqatın həyata keçirilməsi, bunun nəticəsində nəşrlərin çap edilməsi və beynəlxalq səviyyədə təbliğ edilməsi nəzərdə tutulub. Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan doğma torpaqlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən azad edilib. İndi həmin ərazilərdə quruculuq işləri aparılır. İnfrastruktur layihələri ilə bərabər tarixi-mədəni abidələrimiz də bərpa olunaraü öz əvvəlki simasına qaytarılır. Əminik ki, bu işlər Prezident İlham Əliyevin söylədiyi kimi, bizim tarixi torpaqlarımız olan İrəvan və Zəngəzurda da baş verəcəkdir", - nazir qeyd etdi.
Bu gün, iyulun 4-də "Tarixi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimiz: İrəvandan Zəngəzuradək” kitabının təqdimatı keçirilir.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) ərsəyə gətirdiyi kitabda tarixi və geosiyasi vəziyyətə, Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinə, Ermənilərin tarixi torpaqlarımızda maddi-mədəni irsi işğal siyasətinə, 1988-1989-ci il deportasiyasına yer verilib.
www.anews.az

Təqdimat mərasimində Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Əziz Ələkbərli və digər rəsmi şəxslər iştirak edir.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib