Həbsdə olan jurnalistin vəsatəti təmin edilmədi

Oğurluqda və qanunsuz döyüş sursatı və silah saxlamaqda ittiham edilərək 2 ildir həbsdə olan hüquq müdafiəçisi və jurnalist Elçin Məmmədin şərti azadlığa buraxılması haqqında vəsatəti təmin edilməyib. Bu barədə Bakının Sabunçu rayon Məhkəməsi qərar elan edib.
Elçin Məmmədin həbs cəzasının yarısını çəkməsi ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılması haqqında ərizəsini təmin etməyib.
Hüquq müdafiəçisinin vəkili Fariz Namazlı bildirib ki, məhkəmənin qərarını əsassız hesab edir, apellyasiya şikayəti vermək istəyir.
Vəkil qeyd edib ki, Məmməd cəzaçəkmə müəssisəsində tətbiq olunan rejim qaydalarına əməl edib və barəsində hər hansı tənbeh tədbiri tətbiq edilməyib.
Həmçinin, iyulun 13-də Ali Məhkəmədə Elçin Məmmədin cəzasının üçdə birini çəkməsi ilə əlaqədar şərti azadlığa buraxılmasından imtina ilə bağlı verdiyi kassasiya şikayətinə baxılacaq.
www.anews.az

"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" QHT-nin rəhbəri və "Yüksəliş naminə" saytının redaktoru Elçin Məmməd 2020-ci ilin martında həbs edilib. Həmin il oktyabrın 17-də Sumqayıt şəhər məhkəməsi onu "oğurluqda" və "qanunsuz döyüş sursatı və silah saxlamaqda" təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edib. Azərbaycanda hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib