• $
  • €
  • ₽
  • ₺
  • £

10 min qaçqın ailəsi Ermənistanla sərhədə köçmək istəyir - Deputatdan AÇIQLAMA

10 min qaçqın ailəsi Ermənistanla sərhədə köçmək istəyir - Deputatdan AÇIQLAMA
04.07.2022 14:46
Azərbaycan Qaçqınlar Cəmiyyətində 10 minə yaxın qaçqın ailəsinin  Qarabağa geridönüş istəyini əks etdirən ərizəsi var. Bunu cəmiyyətin sədri, deputat Əziz Ələkbərli anews.az-a açıqlamasında deyib. 


"Qarabağda xüsusilə, Ermənistan sərhədində yerləşən  yaşayış məntəqələrinə köçmək ilə bağlı müraciətlər var. Məcburi köçkünlərin köçürmə prosesi başlayandan sonra, yaxud da paralel olaraq həmin şəxslərin də köçürülməsi nəzərdə tutulub. Əhalinin təhlükəsizliyi tam təmin olunduqdan sonra bu prosesin başlaması planlaşdırılır", Ələkbərli bildirdi. 

Deputat vurğuladı ki, qaçqınların Ermənistana qayıtması məsələsi də gündəmdədir. 

"Azərbaycan ərazisində ermənilərə hansə təhlükəsiz mühit yaradılacaqsa Ermənistanda da belə mühit formalaşdırılmalıdır. Azərbaycanda fəaliyyət göstərən sülhməramlılar Ermənistanda da olmalıdır. Düşünürəm ki, gələcəkdə bu həll olunacaq. Zəngəzur dəhlizinin təhlükəsizlik məsələsi prioritet olduğuna görə əvvəlcə həmin bölgə qaçqınlarının köçürülməsi baş tuta bilər", - o əlavə etdi. 
 
Rəsmi statistikaya görə, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində hazırda Azərbaycanda 1,138,450 nəfər qaçqın və məcburi köçkün var. Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirir ki, onlardan 350,000 nəfəri Ermənistandan məcburi köçmüş azərbaycanlı qaçqınlardır. Münaqişə zamanı 1988-1993-cü illərdə Dağlıq Qarabağdan, eləcə də ona bitişik yeddi rayondan olan yaşayış məntəqələrindən zorla qovulmuş məcburi köçkünlərin sayı 788 950 nəfər təşkil edir.
 
Ləman Qasımova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol