• $
  • €
  • ₽
  • ₺
  • £

Ərini qətlə yetirməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb

Ərini qətlə yetirməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb
04.07.2022 23:30
Bakıda ərini qətlə yetirməkdə təqsirləndirilən Gülnar Vəlizadənin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.


Zərərçəkmişin dostu Azad Əsədov Elşəni yaralı vəziyyətdə gördüyünü deyib: "Dedi ki, həyətdə iş görəndə bıçaq girib. Gülnar aptekə dərman almağa gedib. Təklif etdim ki, təcili yardım çağıraq. O isə imtina etdi. Çünki təcili yardım gəlsə, polisə məlumat verəcək. Gülnar kartı götürüb aptekdən dərmanlar alıb gətirdi. Elşən məni qırağa çəkib dedi ki, onu Gülnar bıçaqlayıb".


Zərərçəkmişin oğlu, 7 yaşlı Hüseyn Əlizadə bildirib ki, hadisə vaxtı öz otağında olub: "Biz hazırda ata nənəm Mahirə Hadiyevanın himayəsindəyik. İki qardaşıq. Qardaşım məndən üç yaş kiçikdir. Anam işdən tez gəlmişdi, istirahət edirdi. Anam atamı bıçaqla vuranda gördüm. Atam mənə dedi ki, polisə özü-özünü vurduğunu söyləyim".


Məhkəmənin növbəti iclası iyulun 18-nə təyin edilib.


Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Elşən Əlizadə həyat yoldaşı, 1991-cı il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olmayıb.


G.Vəlizadəyə qarşı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol