• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət büdcəsindən maliyyələşən qurum əməkdaşları narkoloji test verməlidir - DEPUTAT

Dövlət büdcəsindən maliyyələşən  qurum əməkdaşları narkoloji test verməlidir - DEPUTAT
04.07.2022 15:42
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışan hər kəs narkoloji testdən keçirilməlidir, bunu anews.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. 
 
Millət vəkili Publik hüquqi şəxs  hesab edilən qurumların əməkdaşlarının da bu testdən keçirilməsinin vacib olduğunu düşünür.
 
"COVID pandemiyası dönəmindən sonra Azərbaycanda hər kəsin narkoloji testdən keçirilməli olduğu qənaətinə gəlmişəm. Çünki gərgin dövrdən keçən insanların narkotikə meyil etməsi bilinən haldır.  Həkimlər, müəllimlərə də dövlət qulluqçusu statusu verilməlidir və onlar da bu narkoloji testlərdən keçməlidir. Çünki onlar bütün günü müxtəlif insanlar ilə əhatədə olur. Bu gün normal insanla söhbət edə bilərsən. Amma 1 saatdan sonra öyrənə bilərsən ki, o narkomandır. Rayonlarda səfərlərdə olarkən hamı deyir ki "narkomaniya Azərbaycanda baş alıb gedir". Haqlıdırlar da. Sanki bu bir şəbəkədir, hər kəs narkotik istifadə etməyə başlayıb", - deputat bildirdi. 
 
Razi Nurullayevin fikrincə, Azərbaycan cəmiyyəti narkotikin leqallaşdırılmasına hazır cəmiyyət deyil.
 
"Lakin hazırda narkotikdən istifadə, onun alış və satışının yayılma miqyası Azərbaycanda çox genişdir və hər kəs həyacan təbili çalır. Milli Məclisdə narkotik maddələrdən istifadənin leqallaşdırılması barədə təklif irəli sürüldü. Mən də bu təklifi dəstəkləmişdim. Paralel olaraq, narkotik testindən keçməyin mühümlüyü məsələsini də dəfələrlə gündəmə gətirmişik. Dövlət qulluğunda işləyənlərin hamısı  narkoloji testdən keçməlidir. İstifadə etdiyi müəyyənləşdirilən kəslər müalicəyə cəlb olunmalıdır", - o bildirdi.
 
Deputat qeyd edir ki, Azərbaycanda narkotiklərə qarşı ümumxalq mübarizəsi aparılmalıdır.
 
"Bununla bağlı xalq drujinaları (red. xüsusi xalq mühafizə dəstəsi ) yaradılsın, qeyri-hökumət təşkilatlarına xüsusi səlahiyyətlər ortaya çıxarılsın. Həmçinin, jurnalistlərə şərait yaradılsın ki, narkomaniya yuvalarının kökü qazılaraq ortaya çıxarıldın. Hətta media nümayəndələri üçün bununla bağlı xüsusi fond təsis edilə bilər ki, təhlükəsizliyi təmin edilmək şərti ilə narkotik şəbəkələrini araşdıra bilsinlər", - o söyləyib. 
 
Deputat mövcud olan narkotik ilə mübarizə proqramlarını bəyənsə də, çatışmazlıqların olduğunu vurğulayıb. 
 
"Bu proqramlar Prezidentin müvafiq fərmanı, Milli Məclisin hər hansı qərar, yaxud da digər bir üsulla təkmilləşdirilməlidir. Azərbaycanda hazırda ağır durum var, birgə addımlamasaq vəziyyət daha da gərginləşəcək. Həkimlər, müəllimlərə də dövlət qulluqçusu statusu verilməlidir və onlar da bu narkoloji testlərdən keçməlidir. Çünki onlar bütün günü müxtəlif insanlar ilə əhatədə olur", - millət vəkili əlavə etdi. 
 
Azərbaycanda narkotik maddələrdən istifadənin qanuniləşdirilməsi məsələsi zaman-zaman gündəmə gəlsə də, bununla bağlı konkret addımlar atılmayıb. 
 
Cari ildə Prezident İlham Əliyevin sərəncamı ilə, Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilib. Belə ki, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə hansı hallarda cərimə, hansı hallarda azadlıqdan məhrumetmə cəzaları tətbiq olunacağı yenidən müəyyənləşir.

Hazırda qüvvədə olan Azərbaycanın Cinayət Məcəlləsinin 234-cü maddəsinə əsasən,  satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
 
Bu əməllər xüsusilə külli miqdarda törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına görə isə inzibati məsuliyyət müəyyənləşir. Beləliklə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir.
 
Bu il parlamentdə Həqiqi hərbi xidmətə və kadr-zabit heyətinə könüllü daxil olan şəxslərin icbari narkoloji müayinədən keçməsi barədə  qanun layihəsi də təsdiqlənib.
 

Ləman Qasımova
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol