“Əvəzin qatili dövlətdir” şüarı ilə aksiya keçirilib

Bu gün, iyulun 4-də bloger Əvəz Hafizlinin qətlinin nifrət cinayəti olduğunu iddia edən fəallar Bakı Ağır Cinayətlər Məhkəməsinin önündə etiraz aksiyası keçirib.
Fəallar "Əvəzin qatili dövlətdir”, "Nifrət qətlləri siyasidir” yazılan plakatlar qaldırıb.
Cari gündə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə jurnalist və LGBTQI+ fəalı Əvəz Hafizlinin qətlində təqsirləndirilən Əmrulla Güləliyevin məhkəmə prosesi iyulun 18-ə təxirə salınıb.
Baş prokurorluq cari il fevralın 22-də saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində jurnalist Əvəz Hafizli əmisi oğlu 24 yaşlı Əmrulla Güləliyev tərəfindən qətlə yetirməsi barədə məlumat yayıb.
"Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla Əmrulla Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib", - məlumatda bildirilir.
Əvəz Hafizli cinsi oriyentasiyasına görə bir neçə dəfə təhdidlərə məruz qalması barədə iddialar irəli sürmüş və təqsirkarların cəzalandırılması tələbi ilə etiraz aksiyaları keçirmişdi.

Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib