“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu

"Nar” KSM istiqamətində gördüyü işləri yeni mərhələyə qaldıraraq dünyanın sosial məsuliyyətli bizneslərini bir araya toplayan Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə qoşuldu.
"Nar”ın icraçı direktoru Qunnar Pankenin bildirdiyinə görə, BMT-nin Qlobal Sazişində iştirak etməklə "Nar” sosial, iqtisadiyyat və insan rifahı üzrə korporativ məsuliyyətini daha da sistemləşdirməyi hədəfləyir. "Uzun illərdir ki, davamlı inkişaf və məsuliyyət prinsipini rəhbər tutan bir şirkət olaraq BMT Qlobal Sazişinin bir hissəsi olmaqdan qürur duyuruq. Cəmiyyətə faydalı olmaq üçün etdiyimiz KSM layihələr ilə daha yaxşı gələcəyə öncüllük edəcəyimizə inanırıq. Bu sazişə qoşulmağımız da yolumuza sadiqliyin nümunəsidir”, - deyə o qeyd edib.
Qeyd edək ki, BMT Qlobal Sazişinin 10 prinsipini KSM strategiyasına, əmək siyasətinə və müxtəlif prosedurlarına tətbiq etməklə bu sazişə qoşulan şirkətlər cəmiyyət və planet qarşısında məsuliyyətlərini qoruyurlar. "Nar” üçün Qlobal Sazişin dayanıqlı inkişaf prinsiplərinin ən önəmli maddələrindən olan insan hüquqları, əmək və ətraf mühit sahəsində öhdəliyi xüsusi əhəmiyyət kəsb edir. BMT Qlobal Sazişində Azərbaycanı təmsil edən ilk telekommunikasiya şirkəti olaraq, "Nar” təhsilin inkişafına dəstək, işçilər üçün rahat əmək şəraitinin yaradılması, gender bərabərliyi istiqamətində layihələrə dəstək verilməsinə fokuslanır.
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























