• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Ukraynaya 20 milyon dollarlıq yardım edib

Azərbaycan Ukraynaya 20 milyon dollarlıq yardım edib
05.07.2022 09:51
Rusiya-Ukrayna müharibəsinin başlanğıcından indiyədək Azərbaycan tərəfindən Ukraynaya 20 milyon ABŞ dolları dəyərində 1,5 min ton vacib humanitar yük çatdırılıb. Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.

Səfir deyib ki, bu, sadəcə formal jest deyil, Azərbaycan təcavüzkarın hədəfinə çevrilən Ukraynanın dinc sakinlərinə son dərəcə vacib yardım göndərir. 

"Bura müxtəlif dərmanlar, tibbi avadanlıq daxildir. Sevindiricidir ki, Ukraynaya humanitar yardım tədarükü yeni səviyyəyə qalxıb”, - diplomat vurğulayıb.

Səfir Sumqayıt Şəhər İcra Hakimiyyətinə qardaşlaşmış şəhəri Çerkassıya yardım göndərdiyinə görə təşəkkürünü bildirib.

"Bu təşəbbüs Azərbaycanın Ukraynaya aktiv şəkildə yardım göndərməyə başlayan digər şəhər və regionlarına nümunə olub. Bu, Ukrayna və Azərbaycan xalqları arasında əsl dostluq jestidir. Bilirsiniz ki, dörd aydan çoxdur Ukrayna Rusiyanın hərbi təcavüzünə müqavimət göstərir. Təəssüf ki, düşmən uşaq, qadın və qocaya rəhm etmir. Onlar məqsədyönlü şəkildə Ukraynanın infrastruktur obyektlərini hədəfə alır, dinc sakinlərini qətlə yetirirlər. Başa düşürük ki, Kremlin məqsədi sadəcə Ukrayna ərazisinin bir hissəsini ələ keçirmək deyil, bu, Ukrayna millətinin qırımıdır. Məhz buna görə də Ukraynanın hər vətəndaşı başa düşür ki, biz mübarizəni dayandırsaq, Ukrayna dünya xəritəsindən silinə bilər. Bu, Ukrayna xalqının soyqırımıdır. Biz Ukrayna və Azərbaycan xalqları arasında dostluğa inanırıq. Biz Ukrayna Silahlı Qüvvələrinə inanırıq. Biz Ukraynanın qələbəsinə inanırıq. Yaşasın Ukrayna! Yaşasın Azərbaycan! Əgər səhv etmirəmsə, bu 7 ya da 8-ci təyyarədir. Hesabı bir az itirmişəm. Yardım həm yer, həm də hava nəqliyyatı vasitəsilə gerçəkləşdirilir. Əsas odur ki, proses mütəmadi şəkildə keçirilir. Çünki müharibə uzandıqca bu yardım da bir o qədər vacib olur”, - o qeyd edib.

İyulun 5-də Azərbaycandan Ukraynaya ümumi çəkisi 45 ton 382 kq olan ərzaq məhsulları, gündəlik tələbat, geyim və ilkin tibbi ləvazimatlardan ibarət növbəti humanitar yardım yola salınacaq. Yardımı Sumqayıt Şəhər İcra Hakimiyyəti təşkil edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol