Azərbaycana 3 min meymunçiçəyi testi gətirildi - RƏSMİ

Meymunçiçəyini aşkarlayan 3 min diaqnostik test artıq Azərbaycana gətirilərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib. Bu barədə Səhiyyə Nazirliyindən açıqlama verilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sözügedən xəstəliyin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün ÜST-ə müraciət etmişdi.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropadakı regional direktoru Hans Klüqenin təşkilatın rəsmi saytındakı hesabatındakı məlumata əsasən, Avropada meymunçiçəyi virusuna yoluxma halları dünyada aşkarlanan yoluxmaların ümumi sayının təxminən 90%-nə çatıb. İndiyə kimi qitənin 31 ölkəsində qeydə alınıb.
Meymunçiçəyi nədir?
Meymun çiçəyi infeksiyası təbii çiçək xəstəliyi ilə eyni ailəyə mənsub viruslara aid olsa da, o qədər aqressiv deyil və mütəxəssislər ona yoluxma ehtimalının aşağı olduğunu hesab edirlər.Bu infeksiyanın mənbəyi əsasən mərkəzi və qərbi Afrika ölkələrinin ucqar hissələrində, tropik yağış meşələrinin yaxınlığında yerləşir. Virusun iki əsas növü var - Qərbi Afrika və Mərkəzi Afrika. İlkin simptomlara qızdırma, baş ağrısı, şişkinlik, bel ağrısı, əzələ ağrısı və ümumi halsızlıq daxildir. Qızdırma keçdikdən sonra səpgilər əmələ gələ bilər. Onlar adətən üzdən başlayır və sonra bədənin digər hissələrinə, daha çox ovuclara və ayaqların altına yayılır. Kəskin qaşıntıya səbəb olan səpgilər müxtəlif mərhələlərdən keçir və qabıq qoyandan sonra azala bilər. Onlar həmçinin dəridə izlər buraxa bilər. Adətən 14-21 gün davam edən xəstəlik öz-özünə səngiyir.
Epidemiyalar nə qədər yayğındır?
Virus ilk dəfə meymunda aşkar edilib və 1970-ci ildən bəri 10 Afrika ölkəsində sporadik epidemiyalar qeydə alınıb. Afrikadan kənarda xəstəliyin ilk yayılması halı 2003-cü ildə ABŞ-da qeydə alınıb. O vaxt virus xırda məməlilərdən yoluxan çöl itləri ilə yaxın təmas vasitəsilə yayılıb.Q eydə alınan 81 hadisə nəticəsində ölən olmayıb.İ ndiyədək məlum olan ən böyük epidemiya 2017-ci ildə Nigeriyada baş verib. Burada 172 şübhəli hadisə olub. Yoluxanların 75 faizi 21-40 yaş arası kişilər olub.
Avropada ilk dəfə İngiltərədə təsbit edilən meymun çiçəyi virusu üç həftə ərzində bütün qitələrə yayılmağa başlayıb. Daha sonra İspaniya, Portuqaliya, Almaniya, Belçika, Fransa, Hollandiya, Finlandiya, İtalya ve İsveçin ardınca İsveçrə, Avstralya, Gürcüstanda da meymun çiçəyi virusuna yoluxanlar olub. Türkiyədə də ilk yoluxma aşkarlanıb. Azərbaycanda isə rəsmi mənbələrə görə, bu virusa yoluxma halı qeydə alınmayıb. Buna baxmayaraq digər ölkələr də daxil olmaqla Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qısa zaman ərzində Azərbaycana da meymunçiçəyi virusunu təsbit edə biləcək testlər göndərəcək
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























