• $
  • €
  • ₽
  • ₺
  • £

Xuraman Muradovanın ölkədən çıxışı qadağan edildi

Xuraman Muradovanın ölkədən çıxışı qadağan edildi
05.07.2022 11:10
"Milana Medical” MMC-nin rəhbəri, iş qadını və yazar kimi tanınan Xuraman Muradovanın ölkədən çıxışı məhdudlaşdırılıb.

Buna səbəb onun dövlət büdcəsinə olan vergi və sosial ödənişlərini ödəməməsi olub.

Belə ki, Dövlət Vergi Xidməti məhkəməyə müraciət edərək Xuraman Muradovanın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Ərizə onunla əsaslandırılıb ki, Muradovanın rəhbəri olduğu Milan Hospitalının (hospital "Milana Medical” MMC-ə məxsusdur) dövlət büdcəsinə ümumilikdə 7774 manat vergi və sosial ödənişlərlə bağlı borcu var.

Xuraman Muradova məhkəməyə gəlmədiyindən işə onun iştirakı olmadan baxılıb. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə iddia təmin olunub. Hospital direktorunun ölkədən çıxışına qadağa qoyulub.

Dövlət Vergi Xidmətinin rəsmi saytında bu günə olan məlumatlara əsasən, "Milana Medical” MMC bütün vergi ödənişlərini ödəyib.

57 yaşlı Xuraman Muradova 2009-cu ildən iş qadını kimi fəaliyyət göstərir. O əvvəlcə "Laçın” Klinikasının rəhbəri olub. 2014-cü ildən isə Milan Hospitalın baş direktorudur. Avropa Tibb Assosiasiyasinin fəxri üzvüdür. (kriminalqafqaz)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol