• $
  • €
  • ₽
  • ₺
  • £

Polislər jurnalistlərə qalib gəldi

Polislər jurnalistlərə qalib gəldi
05.07.2022 11:28
Masazır qəsəbəsindəki "Bank Respublika Arena"nın qapalı meydançasında polislər və idman jurnalistlərindən ibarət komandalar arasında minifutbol üzrə Dostluq Kuboku uğrunda qarşılaşma oynanılıb.

Matç 2 iyul - Azərbaycan Polisi Günü və Beynəlxalq İdman Jurnalistləri Günü münasibətilə Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşib.

Oyunda Abşeron rayon Polis İdarəsinin komandası ilə İdman Araşdırmalar Mərkəzinin (İAM) jurnalistlər arasında keçirdiyi Zəfər Kubokunun qalibi "Ağdam" kollektivi üz-üzə gəlib.

Dövlət Himninin səsləndirilməsindən sonra çıxış edən İAM-ın sədri Elşən Məmmədov ardıcıl ikinci ildir belə bir görüşə yüksək səviyyədə şərait yaratdığı üçün Abşeron rayon Polis İdarəsinə təşəkkürünü bildirib. Yerli Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev isə jurnalistləri və polisləri peşə bayramları münasibətilə təbrik edərək, hər iki komandaya uğurlar arzulayıb.

Oyun "Şöhrət" ordenli karateçi, Bakı-2015 I Avropa Oyunlarının və Vrotslav-2017 Dünya Oyunlarının qalibi, Abşeron rayon Polis İdarəsinin əməkdaşı Firdovsi Fərzəliyevin topa rəmzi ilk toxunuşu ilə start götürüb.

Matç polislərdən ibarət komandanın qələbəsi ilə yekunlaşıb - 3:1. Hesabı "Ağdam"ın oyunçusu Vüqar Səfərli açsa da, Abşeron polislərindən ibarət kollektiv sonradan ardıcıl qollar vuraraq, nəticəni öz xeyrinə dəyişməyi bacarıb. Toplardan ikisinin müəllifi Ruslan Cəfərzadə, digərinin isə Mirağa Quliyev olub.

Görüşdən sonra mükafatlandırma mərasimi keçirilib. E.Məmmədov görüşün təşkilinə verdiyi dəstəyə görə Abşeron rayon Polis İdarəsi ilə Gənclər və İdman İdarəsinə təşəkkürnamə təqdim edib. Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev isə İAM-ı və Polis İdarəsini fəxri diplomla təltif edib.

Ardından "Ağdam" və Abşeron polislərinə fəxri diplomlar verilib. Nəhayət, qalib komanda Dostluq Kubokuna sahib olub.

2021-ci ildə Abşeron rayon Polis İdarəsinin komandası ilə jurnalistlərdən ibarət "Qubadlı" kollektivi arasındakı qarşılaşmada da asayiş keşikçiləri üstün olmuşdular - 4:2.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol