• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sürəti 25 m/s yuxarı küləkli günlərin sayı artıb - Umayra Tağıyevadan açıqlama

Azərbaycanda sürəti 25 m/s yuxarı küləkli günlərin sayı artıb - Umayra Tağıyevadan açıqlama
05.07.2022 12:21
Azərbaycanda havanın maksimum temperaturun 35 dərəcədən yuxarı olan günlərin sayı artıb. Həmçinin, sürəti 25 m/s yuxarı küləkli günlərin də sayı çoxalıb, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, aparılan müqayisəli təhlillər göstərir ki, ilin isti dövründə ölkə ərazisində havanın temperaturunun artması baş verib.

"Temperatur artımı dağlarda çox olub. İlin ən soyuq aylarında Naxçıvan istisna olmaqla, digər ərazilərdə tempetaturun yüksəlməsi qeydə alınıb. Temperaturu 0 dərəcədən aşağı olan ərazilərin sahəsi əksər zonalarda azalır. Son 10 ildə əsas dağ çaylarımız formalaşan ərazilərdə yağıntının miqdarı orta hesabla 8,7% azalıb. Ümumilikdə son 30 il ərzində yağıntıların miqdarı 10% azalıb. Böyük və Kiçik Qafqaz dağlarında şaxtalı və qarlı günlərin xeyli azalması tendensiyası müşahidə edilir. Bu da çayları qidalandıran qar ehtiyatlarının azalmasının göstəricisidir. Dənizdəki dalğaların maksimum hündürlüyü də artıb. Daşqınların dinamikasında da artım müşahidə olunur. Suyun temperaturu son 15 ildə 1,2 dərəcə artıb, - o qeyd edib.

Tağıyeva vurğulayıb ki, Kür çayının mənsəbində sululuq son 10 ildə 45%  azalıb.

"Kür çayından ölkəyə daxil olan suyun miqdarı norma ilə müqayisədə son 10 ildə 27% azalıb. 30 dərəcədən yüksək olan günlərin sayı isə avqustda 6 dəfə, iyulda 2,4 dəfə, iyunda 12 dəfə artıb. Ümumilikdə yay aylarında 6 dəfədən çox artım qeydə alınıb", - o söyləyib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol