Tamada ilə birgə musiqiçi də “Altun” sarayda bıçaqlanıb - Yeni detallar

Bakıda tanınmış tamada Natiq Dağlaroğlunun toyda bıçaqlanması ilə bağlı bəzi faktlar üzə çıxıb.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iyulun 2-də gecə saat 01 radələrində Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən "Altun” şadlıq sarayında tamada N.Dağlaroğlu ilə yanaşı musiqi ansamblının üzvü, 1972-ci il təvəllüdlü Yaqub Mehdiyev də bıçaqlanıb. Hər iki şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaxınlarının verdiyi məlumata görə, Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























