• $
  • €
  • ₽
  • ₺
  • £

Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi istifadəyə verildi

Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi istifadəyə verildi
05.07.2022 19:30
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 5-də Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzinin açılışında iştirak edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
 
Baş İdarə rəisi general-mayor Məmməd Eminov müasir avtomatik idarəetmə sistemləri ilə təchiz olunmuş mərkəzin fəaliyyəti barədə müdafiə nazirinə məruzə edib.
 
Bildirilib ki, ən yeni texnoloji avadanlıqla təchiz edilmiş mərkəz Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirməklə kibertəhlükəsizliyi təmin edəcək.
 
Qeyd olunub ki, inkişaf etmiş ölkələrin kibertəhlükəsizlik sahəsində qabaqcıl təcrübəsi nəzərə alınmaqla yaradılan mərkəzdə informasiya-kommunikasiya texnologiyaları və komanda-idarəetmə sistemlərinin davamlı izlənilməsi və idarə edilməsi, təhdidlərin vaxtında aşkar olunması, rəqəmsal araşdırmalar, elektron təhlükəsizlik yoxlamalarının aparılması və digər fəaliyyətlər icra ediləcək.
 
Müdafiə naziri Azərbaycan Ordusunda kibertəhlükəsizlik tədbirlərinin daha da təkmilləşdirilməsi ilə əlaqədar komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol