I Qarabağ müharibəsi iştirakçılarının əlillik müraciətinə yenidən baxılacaq

Yeni meyarlara əsasən, diaqnoz və ağırlaşmalara uyğun olaraq əlillik dərəcələrinin təyinatının aparılması halları artıb. İndiyədək imtina cavabı alan birinci Qarabağ müharibəsi iştirakçılarının da əlilliklə bağlı müraciətlərinə yenidən baxılacaq. Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov cavab olaraq bildirib.
"İyulun 1-dən yeni meyarlar qüvvəyə mindi. Məsələn, dünənə qədər köhnə meyarlarla təxminən 150 diaqnoz və ağırlaşmalara uyğun əlillik dərəcələri təyinatı aparılırdısa, yeni meyarlara əsasən bu rəqəm 4.5 dəfə artaraq 650-700-ə çatıb. Bu istiqamətdə indiyə qədər imtina verilmiş Vətən müharibəsi iştirakçıları, eləcə də birinci Qarabağ müharibəsi döyüşçülərinin əlilliyin qiymətləndirilməsi ilə bağlı müraciətlərinə yenidən baxılacaq. Əgər yeni meyarlarla onların əlillik təyinatına əsas verən amillər varsa, qiymətləndirmə aparılacaq”, - qurum rəsmisi vurğulayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi imtina cavabı alan müharibə iştirakçılarının əlillik təyinatına yenidən baxılması üçün İşçi Qrup yaradıb.
www.anews.az
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi imtina cavabı alan müharibə iştirakçılarının əlillik təyinatına yenidən baxılması üçün İşçi Qrup yaradıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























