Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 49 nəfər yoluxub, 12 nəfər müalicə olunaraq sağalıb, nəticələri pozitiv çıxan 1 nəfər ölüb
www.anews.az
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
İndiyədək ölkədə ümumilikdə 793 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 465 nəfər müalicə olunaraq sağalıb, hazırda 254 aktiv xəstə var. Bu günə qədər 9 718 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 403, bu günə qədər isə ümumilikdə 6 974 930 test icra olunub.
Azərbaycanda son sutkada 2230 nəfər vaksinasiya olunub. Gün ərzində birinci doza vaksinlərin sayı 736, ikinci doza vaksinləri sayı 285-dir. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1047-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 162 olub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 774 761, birinci doza peyvəndlərin ümumi sayı 5 357 725, ikinci doza vaksinlərin sayı 4 854 671 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 312 490, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 249 875 olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























