Norveç neft tətilinə görə qaz ixracını 56% azalda bilər

Norveçin Norwegian Oil and Gas şirkəti neft və qaz sənayesi işçilərinin tətili səbəbindən ixracatının təxminən 56%-ni digər ölkələrə satmağı dayandıra bilər. Bu barədə RİA Novosti neft-qaz müəssisəsinin mətbuat xidmətinə istinadən yazır.
Şirkət mümkün itkiləri gündəlik 182 milyon dollar səviyyəsində qiymətləndirib. İyulun 5-nə keçən gecə Norveçdə neft-qaz şirkətlərinin işçiləri tətilə çıxıblar. "Reuters" həmkarlar ittifaqının lideri Ledernenin bəyanatına istinadən həmin vaxt bildirmişdi ki, onlar maaşların artırılmasını tələb edirlər.
"İyulun 9-dan şənbə günündən etibarən tətil gücləndirilərsə, Norveç Kontinental Şelfindən (NCS) qaz ixracının təxminən 60%-i təsirlənəcək. Bu, gündəlik 1,8 milyard NOK (gündə 182 milyon dollar) gəlir itkisi deməkdir”, - şirkətin mətbuat xidmətindən bildiriblər.
Norwegian Oil and Gas bildirib ki, şirkət hər gün 341 min barel neft hasilatını və 1 milyon 117 min barel qaz ixracını itirir. Bu, Norveç kontinental şelfindən ümumi qaz ixracının 56%-nə uyğundur.
www.anews.az

Bundan əvvəl, iyulun 5-də Norveçin "Equinor” enerji şirkətinin mətbuat xidməti Lederne idarə heyətinin həmkarlar ittifaqının tətilə başladığını elan etdikdən sonra üç yatağın işini dayandırmaq barədə qərar qəbul edib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib