Metroya balta ilə girən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyi metroya küt alətlə girərək insanları hədələyən şəxslə bağlı məlumat yayıb.
"Bu gün "TikTok” sosial şəbəkəsi üzərindən bir nəfərin parçaya bükülmüş halda baltaya oxşar əşyanı nümayiş etdirərək insanları hədələdiyini əks etdirən görüntü paylaşılıb.
Qeyd olunan videonu paylaşan şəxsin 39 yaşlı Roman Məmmədov olması müəyyən edilmiş və saxlanılmışdır.
İlkin dindirilmə zamanı R.Məmmədov törətdiyi xuliqanlıq əməlini etiraf edərək bu tip videoları sosial şəbəkələrdə məşhurlaşmaq məqsədilə çəkdiyini, fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olduğunu və uzun müddətdir ki, o da digər ustalar kimi təmir alətləri ilə metrodan istifadə etdiyini bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























