"AZZA"dan aldığı tortun içindən milçək çıxdığını deyib 5 min manat istədi - 3il həbs verildi

"AZZA AQRO” Qapalı Səhmdar Cəmiyyətinin mağazasından tort alan Bakı sakini Cavad İsmayılov (soyad şərtidir) məhkəməlik olub. O, aldığı tortun içindən milçək çıxdığı iddiası ilə mağazaya şikayət etsə də, araşdırmalar nəticəsində bu, təsdiqini tapmayıb.
Bundan başqa, həmin şəxs "Azza”dan şikayətçi olmamaq üçün qarşı tərəfdən 5 min manat pul istəyib. O, əks halda şirkətin nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağını bildirib.
İşə Nəsimi Rayon Məhkəməsində Babək Pənahovun sədrliyi ilə baxılıb.
Məhkəmə zamanı bəlli olub ki, "Azza”nın nümayəndəsi şikayətçi ilə Xan Şuşinski küçəsi 62 ünvanında yerləşən baş ofisdə görüşən zaman ona min manat pul verib, qalan pulu da axşam saatlarında gəlib götürməsini bildirib. Məhkəmədə təqsirləndirilən Cavad İsmayılov (soyad şərtidir) isə pulu tam götürəcəyini bildirərək axşam qayıdacağını deməklə ofisi tərk edib. Bundan sonra "Azza” rəhbərliyinin göstərişi ilə polisə şikayət edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























