Bakıda avtobus qəzası - 5 nəfər yaralanıb

Bakının Qara Qarayev prospektində metronun "Xalqlar Dostluğu” stansiyasının qarşısında "Çinar Trans” MMC-nin istismarında olan 40 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusu ilə qanunsuz sərnişindaşıma ilə məşğul olan Toyota Prius markalı minik avtomobili toqquşub. Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Daşıyıcı şirkətdən verilən məlumata əsasən qəza nəticəsində avtobusda olan sərnişinlərdən dörd nəfər və minik avtomobilinin sürücüsü xəsarət alıb.
TƏBİB-dən bildirilib ki, 40 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına daxil olub. Onlara ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün evə buraxılıblar.(apa.az)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























