Səhiyyə Nazirliyində yeni TƏYİNAT

Rüfət Hacıəlibəyov səhiyyənin rəqəmsallaşdırılması üzrə müşavir vəzifəsinə təyin edilib. Bununla bağlı Səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.
Rüfət Hacıəlibəyov HP, Microsoft, SAP beynəlxalq şirkətlərində rəhbər vəzifələrdə çalışıb və informasiya texnologiyaları sahəsində 25 illik davamlı təcrübəyə malikdir.
O, 2021-ci ilin dekabrında Prezident İlham Əliyevin fərmanına əsasən, Azərbaycanın informasiya texnologiyaları sektorundakı uğurlu fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























