Bu saytın rəhbəri həbs edildi - DİN-dən AÇIQLAMA

"Demokratik.az” saytının rəhbəri Osman Nərimanoğlu (Rzayev) həbs olunub. Sosial şəbəkələrdə Osman Rzayevin fəaliyyəti ilə bağlı həbs olunduğu iddia edilib.
Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov bildirib ki, Osman Rzayevin tutulmasının onun fəaliyyəti ilə bağlı olduğu iddiaları həqiqəti əks etdirmir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində bu ilin iyunu ərzində Rayon Mərkəzi Xəstəxanasının direktoru V.Əliyevə, xəstəxananın şöbə müdiri Ə.Alıyevə, həkimi R.Əkbərova və Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin müdiri İ.Məhərrəmova barələrində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gəlib müxtəlif məbləğlərdə pul tələb etməkdə şübhəli bilinən "Demokratik.az” saytının baş redaktoru, Göygöl şəhər sakini Osman Rzayev tutulub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























