Narkotik ilə bağlı 19 min şəxs cinayətə cəlb olunub - RƏSMİ

Son 2 il 6 ay ərzində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 19 mindən çox şəxs cinayətə cəlb edilib, 7 tondan çox narkotik maddə zərərləşdirilib. Bunu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov deyib.
O bildirib ki, Azərbaycanda 2021-ci ildə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 34 602 nəfər olub.
"Amma narkotik istifadəçilərinin real sayı daha çoxdur. Narkotik vasitələri satanlar əsasən xarici ölkələrdən istifadə olunan profillər vasitəsilə işini həyata keçirir və gəncləri, qadınları cəlb edir. Narkomaniya ailədaxili münaqişələrin sayının artmasına da təsir edir. Buna görə narkomaniya ilə mübarizədə valideynlərin rolu böyükdür", - o deyib.
Hümbətovun sözlərinə görə, cari ildə narkotiklə mübarizə tədbirləri çərçivəsində 255 süjet, 315 post 2 videoçarx yayımlanıb, 75 sloqan hazırlanıb. Mediaya bu mövzu ilə bağlı 400-dən çox müsahibə verilib. O bildirib ki, bu gün ölkədə narkotik istifadəçilərinin sayı rəsmi qeydiyyatda olanlardan çoxdur, narkotikə meyilli şəxslərin vaxtında aşkarlanması, əhalinin maarifləndirilməsi prioritet məsələlərdəndir.
İdarənin son hesabatına görə, 2022-ci ilin 5 ayında hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4853 cinayət faktı aşkarlanıb. Onlardan 1760-ı narkotik vasitələrin qanunsuz satışı, 2948-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 102-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 43-ü isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 879 kq 824,75 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 362 kq 492,992 qr-nı heroin, 789 kq 912,395 qr-nı marixuana, 177 kq 326,021 qr-nı tiryək, 10 kq 982,691 qr-nı həşiş, 198,940 qr-nı kokain, 529 kq 961,931 qr-nı psixotrop maddələr, 8 kq 957,887 qr-nı isə digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 11754 ədəd həb metadon və 18788 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.
Rəsmi məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3065 nəfər cəlb edilmişdir. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 56 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 20 - si İran İslam Respublikası, 17-si Rusiya Federasiyası, 8-i Türkiyə, 7-si Gürcüstan, 3-ü Ukrayna, 1-i Türkmənistan vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 595 kq 197,906 qr müxtəlif növ narkotik vasitə, 532 kq 661,812 qr və 925 həb psixotrop maddələr və 1,125 qr güclü təsir edən maddə, 4 kq 865 qr (52 ədəd) çətənə bitkiləri götürülüb.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib