• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda tiryəkxana təşkil edən 9 nəfər tutulub

Bakıda tiryəkxana təşkil edən 9 nəfər tutulub
06.07.2022 12:08
Bakının Nizami rayonunda narkotiklərin satışı ilə məşğul olan və narkotik vasitə istifadəçiləri üçün tiryəkxana təşkil edən 9 nəfər saxlanılıb. Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.
 
Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfərdən ibarət dəstə saxlanılıb. Onlardan ümumilikdə 2 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik kokain, heroin, marixuana, tiryək, ekstazi və metadon həbləri, eləcə də metamfetamin aşkar edilib.
 
Saxlanılan şəxslər Nizami rayonu və paytaxtın digər ərazilərində narkotik maddələrin satışını həyata keçirdiklərini bildiriblər. Həyata keçirilən digər əməliyyat zamanı Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən mənzillərdən birində tiryəkxana təşkil edən daha 3 nəfər tutulub. Həmin ünvana baxış zamanı külli miqdarda heroin aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər narkotiklərin satışı ilə məşğul olmaqla bərabər narkotik vasitə istifadəçiləri üçün tiryəkxana da təşkil ediblər. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol