• $
  • €
  • ₽
  • ₺
  • £

Elmar və Xanlar Vəliyevlərin qardaşının Rusiyadakı şirkəti zərər edib – Təfərrüat

Elmar və Xanlar Vəliyevlərin qardaşının Rusiyadakı şirkəti zərər edib – Təfərrüat
06.07.2022 13:40
Gəncə şəhər İcra Hakimiyyıtinin sabiq başçısı Elmar Vəliyev və baş prokurorun müavini, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşı Şahmar Vəliyevin Rusiyanın Yesentuki şəhərində təsis edtiyi "Rusel” şirkəti ötən ili zərərlə başa vurub.

"Rusel” şirkəti 2021-ci ildə 1 milyon 241 min rubl zərər edib. 

Məlumat üçün bildirək ki, yaşayış və qeyri-yaşayış binalarının tikintisilə məşğul olan şirkət 2016-cı ildə təsis olunub. Şirkətin yeganə təsisçisi Şahmar Vəliyevdir. "Rusel”in direktoru isə Olqa Kərimovadır. Şahmar Vəliyevin Rusiyada təsisçisi olduğu daha bir şirkət "Rusel Park” adlanır. Bu şirkəti 2021-ci ilin noyabr ayında Nataliya Orlyuk adlı şəxs təsis edib və bu ilin mart ayından şirkətin təsisçisi Şahmar Vəliyev olub.

Onu da qeyd edək ki, Şahmar Vəliyev 2017-ci ildə keçirilən Rusiya-Azərbaycan regionlararası forum çərçivəsində Kislovodsk şəhərində "Rusel” sanatoriyasının tikintisilə bağlı müqavilə imzalayıb. Rusiya mətbuatının yazdığına görə, "Rusel” sanatoriyasının tikintisinin 2018-ci ildə başlanılması və 2021-ci ildə başa çatdırılması planlaşdırılıb. Bildirilir ki, sanatoriya 420 çarpayılıq nəzərdə tutulub. Layihəyə qoyulan investisiyaların həcmi təxminən 2 milyard rubl təşkil edəcək. Sanatoriyanın bu il istifadəyə verilməsi gözlənilir. 

Azərbaycanda da "Rusel” adı ilə fəaliyyət göstərən və Şahmar Vəliyeva məxsus şirkətlər var. Şahmar Vəliyevin direktoru olduğu "Rusel” şirkəti (VÖEN- 1600133861) bu yaxınlarda "Dövlət Məşğulluq Agentliyi” Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzi üçün inzibati bina və emalatxana sahəsini icarəyə verib. 120 ay müddətinə icarəyə götürüləcək sahə üçün "Dövlət Məşğulluq Agentliyi” "Rusel” şirkətinə 3 milyon 600 min manat 17 qəpik ödəyəcək. Xətai rayonundakı "Rusel Plaza”nın da Şahmar Vəliyevə məxsus olduğu bildirilir. Bunlardan başqa Şahmar Vəliyev "Rusel” şirkəti ilə eyni ünvanda yerləşən "Azneftemaş" ASC-nin də prezidentidir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol