14 mindən çox bakalavr magistraturaya ixtisas seçimi edib

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi başa çatıb. İxtisas seçimində 14291 nəfər ərizəsini təsdiq edib, onlardan 13150-si Azərbaycan, 1141-i isə rus bölməsindəndir. Bu barədə Dövlət İmtahan Mərkəzinin saytında məlumat verilib.
İyunun 29-da başlayan ixtisas seçimi bu gün bitib.
İxtisaslaşma seçiminə magistraturaya 20 fevral və 29 may 2022-ci il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılıblar.
Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlərdilər. Hər iki imtahan nəticəsi müsabiqə şərtini ödəyən bakalavrlar müsabiqədə iştirak etmək istədikləri imtahan nəticəsini seçirdilər.
Müsabiqəyə yalnız "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılıblar.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib