Qarabağa sərmayə qoymaq üçün 1000-dən çox müraciət var

İqtisadiyyat Nazirliyində yaradılan "Front Office” vasitəsilə işğaldan azad edilmiş ərazilərə sərmayə qoyuluşu ilə bağlı 1200-ə yaxın müraciət daxil olub. Bunu Azərbaycan-Türkiyə əməkdaşlığına həsr olunmuş Caspian Energy Forumun xüsusi sessiyasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev deyib.
Müraciətlərin 400-ə yaxını xarici ölkələrin şirkətlərindən daxil olub. Onlardan 100-ə yaxını isə Türkiyə şirkətləridir.
Abdullayevin sözlərinə görə, Azərbaycanın Türkiyəyə ixracı ötən il illik ifadədə 8,5% artaraq 2,8 mlrd. dollara yaxınlaşıb.
Türkiyə Səfirliyinin baş ticarət müşaviri Yakup Sefer sözügedən tədbirdə iki ölkənin əlaqələrinin sıxlaşmasını istədiyini dilə gətirib. O, bildirib ki, Türkiyənin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 şirkəti fəaliyyət göstərir.
www.anews.az

"Azərbaycanla Türkiyənin arasında ticarət dövriyyəsi 4,7 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin göstəricisini 12%-dən çox üstələyir. Preferensial Ticarət Sazişi əlaqələri möhkəmlədəcək. Bu saziş çərçivəsində hər iki ölkədən 15 məhsulun heç bir rüsum olmadan ixracı nəzərdə tutulur", - o deyib.
O söyləyib ki, bu ilin payızında Türkiyənin bir neçə şəhərində "Investment roadshow"un keçirilməsi planlaşdırılır.
Türkiyə Səfirliyinin baş ticarət müşaviri Yakup Sefer sözügedən tədbirdə iki ölkənin əlaqələrinin sıxlaşmasını istədiyini dilə gətirib. O, bildirib ki, Türkiyənin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 şirkəti fəaliyyət göstərir.
"Ümumilikdə isə 1 milyard ABŞ dollarlıq investisiyadan danışırıq. Amma bu investisiyalar artacaq. Həmçinin, turistlərin sayı da artmaqdadır. Bu il Azərbaycandan Türkiyəyə 135 min, Türkiyədən Azərbaycana isə 125 min nəfər səfər edib", - o deyib.
Tədbirdə yer alan, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elxan Şiriyev isə öz növbəsində bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərdə fəaliyyət göstərən iş adamları üçün bir sıra güzəştlər mövcuddur və hazırda bu güzəştlərin artırılması məsələsinə baxılır. Onun sözlərinə görə, vergi və gömrük güzəştlərinin 15 ilə qaldırılması, bir sıra xam malların gömrük rüsumlarından azad edilməsi ilə bağlı məsələ də var.
İyulun 6-da Bakıda Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığa həsr olunmuş xüsusi sessiya keçirilib.
Ləman Qasımovaİyulun 6-da Bakıda Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığa həsr olunmuş xüsusi sessiya keçirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib