• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda narkotik istifadəçilərini cəmiyyətə göstərməliyik - Əli Hüseynli

Azərbaycanda narkotik istifadəçilərini cəmiyyətə göstərməliyik - Əli Hüseynli
06.07.2022 15:13
Azərbaycanda narkotik istifadəçilərini cəmiyyətə göstərməliyik, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin 1-ci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsi üzrə analitik hesabatının təqdimatına deyib.
 
"Qərb ölkələrində və Avropada artıq bu pratikadan istifadə olunur. Narkotikə düçar olan şəxs cəmiyyətə çəkinmək üçün göstərilir. Bizdə də bu tətbiq olunsa yaxşı olar. Azərbaycanda narkotiklə mübarizədə aiddiyatı qurumlar paralel olaraq üzərinə düşən işləri görürlər. Əsas olaraq da narkotiklə mübarizə ilə bağlı proseslər qanun üzərinə köçürülüb. Lakin bu bəlanın qlobal olmasını nəzərə alsaq üzərimizə çox öhdəliklər düşür", - deputat bildirib.
 
Əli Hüseynli onu da söyləyib ki, narkotiklə bağlı bəzi məsələləri hələ tənzimlənə bilmir.
 
"Biz hələ də uşaqları zərərli informasiyalardan tam qoruya bilmirik. Araşdırmaq lazımdır ki, bəladan qurtulmaq üçün hansı işləri görmək lazımdır. Məsələn, mən bir neçəsini vurğulamaq istəyirəm. Dövlət və mətbuat orqanları ilə birgə görülən işləri genişləndirmək lazımdır. Uşaqları bağçaya gedən vaxtlarından sağlam həyat tərzinə öyrətmək əsas şərtlərdən biridir. Bəzi təhsil müəssisələrində sağlam həyat tərzi üçün bəzi vərdişlər icbari olmadığı üçün maraqlı görünmür və nəticədə uşaqlar əlavə boşluqlarda qalır. Musiqi və mədəniyyət vərdişlərini də uşaqlıqdan aşılamaq daha vacibdir. Sadaladığım vərdişlər bizdə isə hələ təkmilləşmədiyi üçün birgə səylər nəticəsində bu problemlərin aradan qaldırılmasında bərabər çalışmalıyıq", - Hüseynli vurğulayıb. 
 
Azərbaycanda 2021-ci il 14 yeniyetmə narkotik istifadəçisi kimi qeydiyyata alınıb. 2020 və 2019-cü illərdə bu rəqəm 9 olub.
 
2021-ci il isə Azərbaycanda ümumilikdə  34 min 602 nəfər narkotikdən istifadəsinə görə qeydiyyata alınıb. Onlardan 566-sı isə qadındır. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol