Əvvəl qardaşıma ev verildi, indi də mənə - Corc Qafarovdan açıqlama

Aktyor Corc Qafarov dövlət tərəfindən mənzillə təmin olunması haqda danışıb. O "Olay.az" saytına deyib ki, ev üçün 1 il əvvəl müraciət edib, qardaşından sonra isə ona ev verilib.
www.anews.az
"Xəbəri eşidəndə təəssüratlarım gözəl oldu. Dövlət himayəsində böyüyüb məzun olmuşuq, adıma əmlak olmadığı üçün bir mənzil ayrıldı. Bir il əvvəl müraciət etmişdim. Dörd ay sonra qardaşıma ev verildi, indi də mənə”, - o deyib.
Aktyor sosial şəbəkələrdə mövzu barədə ona mənfi şərh yazanlardan da söz açıb.
"Tənqidlərə münasibətim normal olur. Üzdə olan insanlara hər zaman həm tənqid, həm də tərif yazanlar ola bilər. Bu normaldır”, - əlavə edib.
İyulun 4-də Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü aktyor oğlu Corc Qafarova Prezident İlham Əliyev mənzil verib. Bu haqda Corc Qafarov özünün sosial şəbəkə hesabında paylaşım edib. O, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təqdim etdiyi sənədin fotosunu yayımlayıb.
"Cənab Prezident İlham Əliyevin verdiyi sərəncamla mənzillə təmin olundum. Buna görə dövlət başçımıza sonsuz təşəkkürümü bildirirəm", - Corc paylaşımına yazıb.
"Cənab Prezident İlham Əliyevin verdiyi sərəncamla mənzillə təmin olundum. Buna görə dövlət başçımıza sonsuz təşəkkürümü bildirirəm", - Corc paylaşımına yazıb.
Əmək və Əhalinin Sosisal Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sözçüsü Murad Həşimov bildirib ki, Corc Qafarova dövlət tərəfindən mənzil verilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilib.
"Sosial şəbəkələrdə müğənni Roza Zərgərlinin övladlığa götürdüyü deyilən Corc Qafarova niyə mənzil verilməsi barədə məlumat paylaşılır. Qeyd edim ki, Nazirlik həssas qruplardan olan vətəndaşlar sırasında həm də internat məzunlarını mənzillə təmin edir. İndiyə qədər də yüzlərlə internat məzunu evlə təmin edilib, proses də davam edir. Rəsmi olaraq da, sözügedən vətəndaşımızın övladlığa götürülməsi ilə bağlı heç bir sənədləşmə aparılmayıb. Aidiyyatı dövlət qurumundan da göndərilən məlumata (yəni, müəssisədə olduğu müddətdə qohumları ilə heç bir əlaqəsi olmadığı barədə arayışa) əsasən də, Corc Qafarovun müraciəti müsbət cavablandırılıb, mənzillə təmin edilib. Yəni, Corc Qafarova mənzil ona görə verilməyib ki, deyilən məlumata görə o müğənninin himayəsində yaşayır. Ona görə ev verilib ki, onun hüququ yaranıb və dövlətimiz də bunu təmin edib", - o bildirib.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib