• $
  • €
  • ₽
  • ₺
  • £

50 azərbaycanlı tələbə İsraildə təhsil alacaq

50 azərbaycanlı tələbə İsraildə təhsil alacaq
06.07.2022 17:16
Bu gün Azərbaycan Dövlət Aqrar Universiteti və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi (AICAT) arasında 50 azərbaycanlı tələbənin kənd təsərrüfatı sahəsində İsraildə təhsil alması ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

İsrail səfirliyindən  verilən xəbərə görə, tələbələr bir tədris ilini İsrailin Arava bölgəsində keçirəcək, burada kənd təsərrüfatı sahəsində ən qabaqcıl bilik və bacarıqları öyrənəcək və geri qayıtdıqdan sonra Azərbaycanda tətbiq edəcəklər.

Tədbir zamanı Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov tələbələri təbrik edib, onlara uğurlar arzulayıb.

Səfir Corc Dik Azərbaycan ilə İsrail arasında inkişaf edən əlaqələrdən danışıb: "İsrail ilə Azərbaycan arasında əlaqələr yeni səviyyələrə yüksəlib və akademik, kənd təsərrüfatı və xalqlarımız səviyyəsində daha da genişlənir. Azərbaycan dünyada belə bir proqramda iştirak edən ilk ölkə olacaq. Bu, nazir İnam Kərimovun İsrailə və İsrailin kənd təsərrüfatı nazirinin Azərbaycana səfərinin nəticəsidir. Kənd təsərrüfatı ərzaq təhlükəsizliyi deməkdir. Buna görə də, kənd təsərrüfatı sahəsində əməkdaşlığımız çox vacibdir və hər gün inkişaf edir”.


 


Tədbir iki tərəf arasında anlaşma memorandumunun imzalanması ilə yekunlaşıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol