Nazirlik 2021-ci il necə internat məzununa ev verib? - RƏSMİ

2021-ci il 200-dən çox dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum şəxslərə Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillər təqdim edilib, bu barədə anews.az-ın sorğusuna cavab olaraq qurumdan bildirib.
"Bir neçə il əvvəl Abşeron rayonunda 3 yaşayış binasından ibarət mühüm sosial layihə - "Məzun evi” sosial xidmət müəssisəsi layihəsi həyata keçirilib ki, bu mənzillər də internat məzunlarına təqdim edilib. Sosial Xidmətlər Agentliyi "Məzun evi”ndə 360-dan çox mənzili məhz internat məzunlarına təqdim edib. Ümumilikdə isə 600-dən çox internat məzununa mənzillər verilib və bu proses hazırda da davam etdirilir", - deyə qurum rəsmisi vurğulayıb.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş internat məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması qanunvericiliyə uyğun həyata keçirilir.
Bu gün müğənni Roza Zərgərlinin övladlığa götürdüyü aktyor oğlu Corc Qafarova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ev verilib. Evin ona verilməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Əmək və Əhalinin Sosisal Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sözçüsü Murad Həşimov bildirib ki, Corc Qafarova dövlət tərəfindən mənzil verilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilib.
Sosial şəbəkələrdə müğənni Roza Zərgərlinin övladlığa götürdüyü deyilən Corc Qafarova niyə mənzil verilməsi barədə məlumat paylaşılır. Qeyd edim ki, Nazirlik həssas qruplardan olan vətəndaşlar sırasında həm də internat məzunlarını mənzillə təmin edir. İndiyə qədər də yüzlərlə internat məzunu evlə təmin edilib, proses də davam edir. Rəsmi olaraq da, sözügedən vətəndaşımızın övladlığa götürülməsi ilə bağlı heç bir sənədləşmə aparılmayıb. Aidiyyatı dövlət qurumundan da göndərilən məlumata (yəni, müəssisədə olduğu müddətdə qohumları ilə heç bir əlaqəsi olmadığı barədə arayışa) əsasən də, Corc Qafarovun müraciəti müsbət cavablandırılıb, mənzillə təmin edilib. Yəni, Corc Qafarova mənzil ona görə verilməyib ki, deyilən məlumata görə o müğənninin himayəsində yaşayır. Ona görə ev verilib ki, onun hüququ yaranıb və dövlətimiz də bunu təmin edib", - o bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Soial Xidmətlər Agentliyinə təqdim edilmiş və Suraxanı rayonu 2 saylı Uşaq Evindən 11.03.2022-ci il tarixində verilmiş arayışda onun 2005-ci ildə "Ümid Yeri” Uşaq Sığınacağından Suraxanı rayonu 2 saylı Uşaq Evinə yerləşdirildiyi qeyd olunub. Corc Qafarov 282 saylı orta məktəbin 11-ci sinfini bitirib və Uşaq Evində yaşadığı müddətdə heç bir yaxın qohumu ilə əlaqəsi olmayıb.
Övladlığaverilmə prosesi 18 yaşınadək olan uşaqlara şamil edildiyi üçün 24.02.1995-ci il təvəllüdlü Corc Qafarov rəsmi olaraq övladlığa verilməyib. Bununla bağlı cari ilin iyulun 4-də sözügedən şəxs Abşeron rayonunda yerləşən yeni yaşayış kompleksindən 1 otaqlı mənzil təqdim olunub.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib