Avtoşluq edən əsgər qaçıb gizlənibmiş - Yenidən həbs edildi

İş adamının hərbi xidmətdə olan oğlu Bakıda avtoşluq edərək görüntülərini sosial şəbəkələrdə paylaşmışdı.
Lakin, Əziz Məlikov qətimkan tədbirinin şərtlərini kobud şəkildə pozmaqla qaçıb gizləndiyinə görə Hərbi prokurorluğun təqdimatı əsasında 06 iyul 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində təkrarən həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir.
Hərbi prokurorluqda istintaq edilən cinayət işi üzrə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məlikov Əziz Soltanpaşa oğlunun xidmət yerini özbaşına tərk edərək hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırması müəyyən edildiyindən, ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilmiş və Bakı Hərbi Məhkəməsinin qərarı ilə 22 iyun 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























