• $
  • €
  • ₽
  • ₺
  • £

Tullantıların həcmi artıb - STATİSTİKA

Tullantıların həcmi artıb - STATİSTİKA
08.07.2022 05:49
2021-ci ildə Azərbaycanda ötən illə müqayisədə 9,4% artaraq 3778,2 min ton tullantı yaranıb. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytı yazıb.

Tullantıların 68,3 %-ni bərk məişət tullantıları, 31,7 %-ni isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.

Ötən il yaranmış 2581,2 min ton bərk məişət tullantılarının 78,3%-i zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınmış, 21,3 %-i enerji əldə edilməsi məqsədilə istifadə olunub. 0,4 %-i isə ölkə daxilində satılmışdır. Məişət tullantılarından istifadə hesabına 193,2 milyon kVt saat və ya 2020-ci illə müqayisədə 3,7% az elektrik enerjisi istehsal edilib.

Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 12,3 %-i müəssisələrdə xammal kimi istifadə edilmiş, 34,2 %-i ölkə daxilində satılmış, 1,8 %-i ixrac olunmuş, 6,9 %-i zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb. 44,8 %-i isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2021-ci ildə 245,2 min ton təhlükəli tullantı yaranmış və tullantıların ümumi miqdarında onların payı 6,5% olub.
Tullantıların 57,4 %-i mədənçıxarma sənayesi müəssisələrində yaranmışdır ki, onların da  böyük hissəsi Bakıda yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 102,5 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.
 
Ləman Qasımova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol