Həkimi şantaj edən baş redaktorun məhkəməsindən XƏBƏR VAR

Bakı Apellyasiya Məhkəməsində həkimi şantaj edən "www.sheffaf.az” xəbər portalının baş redaktoru Namik Əmrahovun barəsində olan məhkəmə hökmündən verilən şikayət təmin edilməyib. Bununla bağlı qərar hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsini Namik Əmrahovu 7 il müddətinə azadlıqdan məhrum edib.
"www.sheffaf.az” xəbər portalının baş redaktoru Namik Əmrahov Sabunçu rayonu, 36 nömrəli Şəhər Poliklinikasının baş həkimi Ramidə İbrahimovaya özünü "www.azinfo.tv” və www.sheffaf.az xəbər portalının rəhbəri kimi təqdim edib, onun barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib.2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə 2 min manat məbləğində pul tələb edib, tələb etdiyi məbləğin bir qismini alıb.
İstintaq orqanı tərəfindən Namik Əmrahovun barəsində Cinayət Məcəlləsinin 182.2.2 (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























