• $
  • €
  • ₽
  • ₺
  • £

“Shokki Mokki” markası “Məktəbim” layihəsinə dəstək verdi

“Shokki Mokki” markası “Məktəbim” layihəsinə dəstək verdi
08.07.2022 16:57
Azərbaycanın qida sektorunda ilk uşaq markası olan "Shokki Mokki” özünün "Xoşbəxt böyüyən sabahlar” şüarına sadiq qalaraq paytaxt və bölgələrdə yaşayan uşaqların uğurlu gələcəyi üçün dəstəyini davam etdirməkdədir.
 
Markanın bu istiqamətdə növbəti addımı UAFA təşkilatı ilə birgə "Məktəbim” layihəsinə qoşulmaq olub.  Belə ki, "Əl-ələ təhsilin işıqlandırdığı xoşbəxt gələcəyə” şüarı ilə keçirilən kampaniya müddətində istehlakçılar tərəfindən mağazalardan alınan "Shokki Mokki” məhsullarının hər biri layihənin fonduna dəstək olmuş olacaq.

Layihənin  missiyası aztəminatlı, ucqar ərazidə yaşama və əlillik səbəbindən məktəbəqədər təhsilə çıxışı olmayan uşaqları da daxil etməklə alternativ və dayanıqlı təhsil imkanları yaratmaqdır. Bu sosial kampaniya çərçivəsində 2023-cü ilin sonuna qədər hər birində 20 uşağın təhsil alacağı 300 məktəbəqədər tədris müəssisəsi açılması nəzərdə tutulur, hazırda bu say 50-dir.

"Məktəbim”in məqsədi və təsir dairəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat vermək üçün media nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Çıxış edən təşkilatçılar tərəfindən bildirilib ki,   "MƏKTƏBİM” layihəsinin icra edilməsində bölgələrdən qadınlar da iştirak edəcək ki, bu da onların məşğulluğunun təmin olunmasına dəstək olacaq.  Eyni zamanda layihə Dayanıqlı İnkişaf Məqsədləri və "Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası kimi bir sıra dövlət əhəmiyyətli proqramların yerinə yetirilməsinə də  öz töhfəsini vermiş olacaq. Tədbirin təqdimat hissəsinin ardından təşkilatçılar tərəfindən media nümayəndələrinin sualları cavablandırılıb



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol