Bu ölkələrdə MASKA rejimi qayıdıb

Dünyada koronavirus infeksiyasına yoluxma halları üçüncü həftədir ki, artır.
Yoluxmanın artması fonunda bir sıra ölkələrin səlahiyyətliləri maska rejimi də daxil olmaqla məhdudiyyətləri geri qaytarır.
Kipr Respublikasında mayın 31-də ləğv edilən ictimai yerlərdə məcburi maska rejimi iyulun 8-dən bərpa olunur.
Eyni qərarı Qətər hakimiyyəti də verib. Əmirlikdə yeni infeksiyaların sayı gündə təxminən 700 nəfərdir ki, bu da iyunun əvvəli ilə müqayisədə iki dəfə çoxdur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























