• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini TƏBRİK ETDİ

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini TƏBRİK ETDİ
09.07.2022 09:22
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Qurban bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, şərəfli xidmətinizdə uğurlar arzulayıram. Hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunan müqəddəs Qurban bayramı xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə təcəssüm etdirir. Ümummilli lider Heydər Əliyev dövlət quruculuğu siyasətində milli-mənəvi dəyərlərimizi yüksək tutaraq adət-ənənələrimizin qorunub saxlanmasında misilsiz xidmətlər göstərmişdir. İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində respublikamızın beynəlxalq nüfuzu daha da artmışdır. Azərbaycan dünyada islami, bəşəri milli-mənəvi dəyərlərə önəm verən və hörmətlə yanaşan, humanist, tolerant dövlət kimi tanınır. İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq qələbə ordumuzun gücünü bir daha dünyaya nümayiş etdirdi. Əminəm ki, bundan sonra da döyüş və mənəvi-psixoloji hazırlığınızı daha da artıraraq Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcəksiniz. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə canlarından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, sağlamlığını itirən döyüşçülərimizi, veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bayramınız mübarək olsun!", - təbrikdə deyilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol