• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda jurnalisti hədələdilər - Mətbuat Şurasından nazirə MÜRACİƏT

Bakıda jurnalisti hədələdilər - Mətbuat Şurasından nazirə MÜRACİƏT
09.07.2022 12:30
Azərbaycan Mətbuat Şurası jurnalist Əziz Orucovun təhdidlə üzləşməsi iddiası ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb.
 
Müraciətdə bildirilib ki, "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov 8 iyul 2022-ci il tarixdə özünün Facebook səhifəsində naməlum şəxs tərəfindən təhdid edildiyi barədə paylaşım edib. Jurnalist hadisənin Bakıda "Sahil" bağında ailəsi ilə birlikdə gəzintidə olarkən baş verdiyini açıqlayıb və yaşanmış olayın peşə fəaliyyətilə bağlılığını qabardıb.

"Qeyd edək ki, Əziz Orucovun paylaşımı kifayət qədər ictimailəşib, müxtəlif şəxslər tərəfindən yayılıb, olayı söz və ifadə azadlığı, jurnalistin peşə fəaliyyətinə maneçilik törətmək, plüralist fikri boğmaq cəhdi kontekstində qiymətləndirənlər var" kimi fikirlərin yer aldığı müraciətdə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovdan məsələni şəxsi diqqətində saxlaması xahiş edilib, eyni zamanda insidentin dərindən öyrəniləcəyinə, ona hüquqi qiymətin verilməsi üçün bütün müvafiq tədbirlərin görüləcəyinə inam ifadə olunub. Onu da arzu edərdik ki,  jurnalistin peşə fəaliyyətinə görə təhdid edilməsi kimi motiv qazanaraq ölkəmizin beynəlxalq nüfuzuna kölgə salmaq niyyəti daşıyanlar üçün arqumentə çevrilmə ehtimalı yüksək olan bu məsələyə dair əsl həqiqətlər cəmiyyətə açıqlansın", - müraciətdə vurğulanıb. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol