Qardaşının həyətinə qumbara atıb - Partlayış olub

Bakı sakini qardaşının həyətinə qumbara atıb, partlayış olub. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə iyulun 8-də saat 1 radələrində Maştağa qəsəbə sakini İsakovun xuliqanlıq zəminində qonşuluqda yaşayan qardaşının həyətinə qumbara atması barədə məlumat daxil olub.
Partlayış nəticəsində evin pəncərə şüşələri sınıb, divarı zədələnib, yerin beton örtüyü dağılıb, xəsarət alan olmayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsakov saxlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























