25 minlik ziyanı prokurorluq araşdıracaq

Bakı şəhərinin Nəsimi rayonunda, eləcə də Balakən və Yevlax rayonları ərazisində ağacların qanunsuz kəsildiyi və təbiətə ümumilikdə 25 min 450 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Bununla bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.
Faktlarla bağlı "Şərq İnşaat” MMC, "Lalə tekstil” MMC, həmçinin Zaqatala rayon sakini Ramil Rəcəbov barəsində akt tərtib edilib. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.
Vətəndaşları yaşıllıqların məhv edilməsinə yol verməməyə, bu cür hallar aşkar edildikdə isə dərhal Nazirliyin 168 saylı "Qaynar Xətt”inə məlumat verməyə çağırırıq.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib