Jurnalisti təhdid edən şəxsdən xəbər var

"Kanal 13" internet televiziyasının rəhbəri, jurnalist Əziz Orucovu təhdid edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, Əziz Orucovu təhdid etməkdə şübhəli bilinən şəxs polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda polis orqanındadır.
Əziz Orucov daha əvvəl naməlum şəxs tərəfindən təhdid və təqib edildiyi barədə paylaşımlar edib. Jurnalist bunun peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























