Biləsuvarın 7 kəndində su problemi davam edir

Cənub Muğan kanalının quruması nəticəsində Biləsuvar rayonunun bəzi kəndlərində yaranan su problemi davam edir.
Bu barədə "Report"un yerli bürosuna Yuxarı Cürəli, Aşağı Cürəli, Ovçubərə, Təzəkənd, Ağalıkənd, Amankənd və Dərvişli kənd sakinləri müraciət ediblər.
Onlar artıq 10 gündən çoxdur ki, problemlərin olduğunu vurğulayıblar: "10 gündür susuz qalmışıq. İyul ayı daxil olandan su kanalı tamamilə quruyub. İçməli su təminatında qıtlıq var".
Yerli sakinlər deyiblər ki, sözügedən kanal bu kəndlərin əhalisinin içməli suya olan tələbatını ödəməklə yanaşı, əkinlərin suvarılması üçün yeganə mənbədir.
Hazırda kənd sakinləri içməli suyu pulla şəhərin mərkəzindən sudaşıyan nəqliyyat vasitələri ilə alırlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























