• $
  • €
  • ₽
  • ₺
  • £

ATV rəhbərindən Mirşahinə cavab - Söyüldükcə baxılır

ATV rəhbərindən Mirşahinə cavab - Söyüldükcə baxılır
12.07.2022 09:52
ATV kanalının baş direktoru Azər Xəlilov REAL TV-nin rəhbəri Mir Şahin Ağayevin Azərbaycandakı bəzi telekanalları tənqid etməsindən sonra feysbuk səhifəsində ona cavab verib.

O, rəhbəri olduğu televiziyanı Azərbaycanda ən böyük izləyici auditoriyası olan media resursu kimi təqdim edib:


"Ölkədə ən böyük izləyici auditoriyası olan media resursu. Qarabağın tarixi və Qarabağ həqiqətlərini Azərbaycan və dünya auditoriyasına elmi-kütləvi proqramlar silsiləsi vasitəsilə çatdıran fərqli özəl tekekanal. Erməni işğalından azad edilmiş torpaqlarımızdan sistemli və davamlı verilişlərin özəyi olan ATV telekanalı. Baxıldıqca sevilir, sevildikcə söyülür, söyüldükcə baxılır! ATV nə yerdə qalıb, nə də yerində qalıb. ATV öz yerini bilir, yolunu gedir, irəliləyir. Dostlarını sevindirir! Az bilmir, çox danışmır, baxılanı göstərir".

Mir Şahin Ağayev dünən efirdə bir sıra telekanalların ictimai zövqü korladığını, bəzi verilişlərin oyunbazlıq məkanına, pul yığımı məntəqəsinə çevrildiyini bildirmişdi. O, ad çəkərək bəzi telekanallarda müsbət dəyişikliklərin olduğunu, ATV, ARB və SPACE-in isə adını çəkməyərək sərt tənqid edərək "İctimai fikrə, ictimai zövqə, Azərbaycanın mədəni, etik davranış sisteminə, mənəvi dəyərlərimizə zərbə vurduğunuzun fərqində olun” açıqlamasını vermişdi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol