Fəhlə iş yoldaşını itələyərək ölümünə səbəb oldu

Bakıda fəhlə iş yoldaşını itələyərək ölməsinə səbəb olub. Bu barədə prokurorluğda məlumat yayılıb.
Sabunçu rayon prokurorluğundan bildirilib ki, iyulun 6-da Nardaran qəsəbəsindəki fərdi evdə fəhlə işləyən Vasif Bayramovun xəsarət alması və aldığı xəsarətlərdən iyulun 10-da xəstəxanada ölməsi barədə prokurorluğa məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişlə bir yerdə fəhlə işləyən Əlvan Hüseynov Vasif Bayramovu itələyib, sonuncu yerə yıxılaraq başının daşa dəyməsi nəticəsində aldığı xəsarətdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb. Əlvan Hüseynov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























