"Aİ-95" benzin niyə bahalaşıb? - AÇIQLAMA

"Aİ-95" premium markalı benzinin qiyməti bu gündən etibarən 2 manata satılır, buna da səbəb xaricdən idxal olunmasıdır, bu barədə anews.az-a açıqlamasında "AZPETROL" şirkətindən bildirilib.
"Aİ-95 premium markalı benzin Azərbaycanda istehsal olunmadığı üçün xaricdən idxal edilir. Məhsulun idxal dəyərinin artması onun ölkədəki satış qiymətlərinin də artmasına səbəb olub", - şirkətin sözçüsü vurğulayıb.
Bu gündən etibarən "Aİ-95” premium markalı benzin 0,4 manat bahalaşaraq 2 manata satılır.
Buna qədər adıçəkilən benzinin litri 1,6 manatdan satılıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























